Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Kürdəmir rayon Məmiş Abdullayev adına Muradxan kənd tam orta məktəbinin şagirdləri maraqlı fləşmob təşkil ediblər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, məktəbin şagirdləri bir araya gələrək H.Əliyev “100” ədədini yazaraq, ulu öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.
Hazırlanan fləşmob izləyicilərin də marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Aqil Əsədov, Bizim.Media, Aran bürosu