TƏBİB-dən Siyavuş Aslanın oğlunun ölümü ilə bağlı AÇIQLAMA 

TƏBİB-dən Siyavuş Aslanın oğlunun ölümü ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: TƏBİB-dən Siyavuş Aslanın oğlunun ölümü ilə bağlı AÇIQLAMA 

134602

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, TƏBİB sənətkarın oğlunun vəfatı ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.  
Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. 

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023-cü il tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. 

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO