DİM imtahanlarla bağlı aylıq hesabatı açıqladı

DİM imtahanlarla bağlı aylıq hesabatı açıqladı

Hazırda oxunan: DİM imtahanlarla bağlı aylıq hesabatı açıqladı

13453

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq imtahanlarla bağlı aylıq hesabat açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

DİM imtahan keçirdi, 1 nəfər iştirak etdi


Bildirilib ki, fevral ayı ərzində Pearson VUE, ACCA, “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ), ICDL imtahanları keçirilib. Bu ay ərzində keçirilən beynəlxalq imtahanlarda ümumilikdə 10 nəfər iştirak edib.

Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

Qeyd edək ki, ACCA, ICDL, “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ) və Pearson VUE-nun imtahanları (PTE Academic və ixtisaslaşma imtahanları) DİM-də hər həftə keçirilir. 

İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO