Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Gəncədəki Baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.
Bizim.Media xəbər verir ki, səsverməyə bu gün saat 9-dan start verilib.
Gəncədə qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün 3 seçki məntəqəsi yaradılıb.
Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün, YSK-nın qərarına əsasən, 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 05.05.2023
Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə başlayıb
Hazırda oxunan: Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə başlayıb
Hazırda oxunan: Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə başlayıb
134434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.