Yada salaq ki, Heydər Əliyev 1970-ci illərdə Qarabağa və xüsusilə Şuşaya səfərləri zamanı Molla Pənah Vaqifin Məqbərəsinin yaradılması ilə bağlı göstəriş verib. Beləliklə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanıb. 1979-cu ildə Ağdam - Xankəndi dəmir yolunun açılışı zamanı Şuşaya gələn ümumilli lider işlərlə yaxından tanış olub və nəhayət, 1982-ci ilin yanvar ayının 14-də kompleksin açılışı onun bilavasitə iştirakı ilə baş tutub. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bır ərazidə şairin məzarı üstündə inşa edilib. Açılışda mərhum liderlə birlikdə yazıçılar Süleyman Rüstəm, Mirzə İbrahimov, bəstəkar Niyazi Tağızadə də olub.

- A-
- A
- A+
Cəmiyyət
17:03 / 29.04.2016
Heydər Əliyev Şuşada - Fotolar
Hazırda oxunan: Heydər Əliyev Şuşada - Fotolar
Hazırda oxunan: Heydər Əliyev Şuşada - Fotolar
134413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































