"Sarkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün...?!"

Hazırda oxunan: "Sarkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün...?!"

134408


Moderator.az xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Ermənistan prezidentinin sülh danışıqlarının davam etdirilməsi üçün irəli sürdüyü şərtlərdən danışıb:

“Sərkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Təbii ki, Sərkisyan öz kürsüsündə oturub çox şərtlər irəli sürə bilər. Amma Azərbaycan üçün bunun bir önəmi yox. Rəsmi Bakı erməni liderinin ifa etdiyi havanı heç vaxt oynamaz. Sərkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün? Sərkisyan artıq gecikib. Ermənistanın 2-5 aprel savaşında bütün üstünlükləri əldən verməsindən sonra Sərkisyanın əvvəlcə danışıqlardan imtina etdiyini bildirməsi, lakin üstündən 2 gün keçdikdən sonra danışıqıları davam etdirmək üçün hansısa mifik şərtlər irəli sürməsi olduqca gülünc görsənir.

Hətta Ermənistan mətbuatı özü də Sərkisyanın şərtlərinə istehza ilə yanaşır. Və erməni jurnalist Aykazn Qaqriyan “ Azərbaycan Sərkisyanın şərtlərini qəbul etməyəcək”x9d deyərkən də tamamilə haqlıdır.

Məsələ buarasındadır ki, indi artıq rollar dəyişib. Danışıqlar üçün şərt irəli sürmək haqqı artıq Azərbaycana keçıb. İndi şərtləri biz irəli sürürük və Ermənistan da bizimlə hesablaşmaq zorundadır”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO