Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstəyə hökm oxundu

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstəyə hökm oxundu

Hazırda oxunan: Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstəyə hökm oxundu

134404

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda avtomobildən külli miqdarda oğurluq edən dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Huseyn Hümbətov 5 il 6 ay, Fərid Ağayev isə 4 il azadlıqdan məhrum edilib. 

İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO