Ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb - FOTO

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb - FOTO

Hazırda oxunan: Ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb - FOTO

134172

Mayın 3-də Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.  

Bizim.Media xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi polis polkovniki Mirəziz Mirəliyev dahi şəxsiyyət - ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, həmçinin daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumat verib, ulu öndərin zəngin irsinin hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib. 

Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO