Yaponiya səfiri Oğuzda – FOTO  

Yaponiya səfiri Oğuzda – FOTO  

Hazırda oxunan: Yaponiya səfiri Oğuzda – FOTO  

134140

Bir müddət əvvəl ölkəmizdə diplomatik fəaliyyətə başlayan səfir Vada Cüniçinin  bölgələrdən ilk olaraq Şəki-Zaqatala iqtisadi rayonlarını seçməsi heç də təsadüfi deyil. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, gündoğar ölkə hökuməti Oğuz rayonunda bir çox sahələr üzrə, xüsusən də məktəb, uşaq bağçası və kəndlərin içməli su təminatı layihələrində yaxından iştirak edib.

Bu faydalı əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi gözlənilir. Yaponiya Hökumətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi  Oğuz rayonuna səfəri çərçivəsində icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovla görüşüb. Həmçinin rayonda fəaliyyət göstərən “Qlükoza və Qarğıdalı Emalı Zavodu” və Oğuz şəhəri ilə tanış olub. 

Tural Rasim oğlu, Bizim, Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO