Xızıda ölümlə nəticələnən yol qəzası - Yük maşını traktorla toqquşdu - FOTO

Xızıda ölümlə nəticələnən yol qəzası - Yük maşını traktorla toqquşdu - FOTO

Hazırda oxunan: Xızıda ölümlə nəticələnən yol qəzası - Yük maşını traktorla toqquşdu - FOTO

13407

Xızı rayonunda yol qəzası olub.

Bu barədə Bizim.Media-ya  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sitalçay kəndi ərazisində “İveco” markalı yük avtomobili və “Belarus” markalı traktorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO