Qəbələdə barama istehsalı 12 tona çatdırılır - FOTO

Qəbələdə barama istehsalı 12 tona çatdırılır - FOTO

Hazırda oxunan: Qəbələdə barama istehsalı 12 tona çatdırılır - FOTO

134063

Qəbələli kümçülər barama istehsalını 12 tona çatdırmağı planlayır. Hazırda bu məhsulun bir kiloqramını dövlət barama istehsalçılarından 11 manata alır. 

Bizim.Media-nın yerli bürosuna Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, rayonda barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 300 qutu, yəni 5 kiloqram 700 qram ipəkqurdu paylanılıb. Havaların qeyri-sabit keçməsinə baxmayaraq kümçülər bu nadir və bərəkətli məhsulun yetişdirilməsi istiqamətində bütün səylərini cəmləyib.

Mərkəzdən bildirilib ki, builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 12 tona çatdırılması məqsədilə 75 nəfər kümçü ilə müqavilə bağlanıb. Cəmi bir ay ərzində barama sarıyan ipəkqurdunun əldə olunması üçün fermerlər təlimlərə qatılıb, bu sahədə təcrübələrini artırıblar. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO