Rüşvət alan məktəb direktoru AXTARIŞA VERİLDİ - FOTO

Rüşvət alan məktəb direktoru AXTARIŞA VERİLDİ - FOTO

Hazırda oxunan: Rüşvət alan məktəb direktoru AXTARIŞA VERİLDİ - FOTO

134055

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir.  

Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb.  

Görünür, C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO