Qar yağacağı barədə sinoptiklərin proqnozu özünü doğrultdu. Qubanın dağlıq kəndlərinə may ayında qar yağıb. Qışda çox az qar düşən Qubanın Xınalıq kəndinə indi təxminən 8 sm qar yağıb.
Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qrız kəndinə 3 sm qar düşüb, havanın temperaturu isə -0,5 dərəcə təşkil edir.
Qusarın Ləzə kəndinə də hazırda qar yağır. Qeyri-sabit hava şəraitinin mayın 4-dək davam edəcəyi gözlənilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu