Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.
Bizim.Media xəbər verir ki, görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.
Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:34 / 02.05.2023
Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO
Hazırda oxunan: Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO
Hazırda oxunan: Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO
134014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.