ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə otuz səkkiz ölkədən 60-dan çox nümayəndə iştirak edib.
Konfransı giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə deyib ki, bu tədbir Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransda həmçinin ADA Universitetinin rektoru Hafiz Paşayev, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza və Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev kimi qonaqlar da iştirak edib.
Daha ətraflı hazırladığımız videoreportajda:
Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media