İsmayıllıda FACİƏ – İmtahanda az bal toplayan 9-cu sinif şagirdi özünü məktəb binasından ATDI

İsmayıllıda FACİƏ – İmtahanda az bal toplayan 9-cu sinif şagirdi özünü məktəb binasından ATDI

Hazırda oxunan: İsmayıllıda FACİƏ – İmtahanda az bal toplayan 9-cu sinif şagirdi özünü məktəb binasından ATDI

133967

İsmayıllıda 9-cu sinif şagirdi imtahanda az bal topladığı üçün özünü məktəbin 2-ci mərtəbəsindən atıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 12:15 radələrində rayonun Kürdmaşı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüstəmova Yeganə Məhəmməd qızı özünü binanın 2-ci mərtəbəsinin pəncərəsindən aşağı atıb.  

Hadisə dərslərarası fasilə vaxtı olub. Yeganə Rüstəmova paltarını düzəltmək bəhanəsi ilə şagird yoldaşlarına sinif otağından çıxmağı deyib və sonra qapını örtərək otağın pəncərəsindən özünü aşağı atıb.

Onun 9-cu sinif şagirdlərinin buraxılış imtahanında az bal topladığına görə son günlər stress yaşadığı və bu səbəbdən intihara cəhd etdiyi bildirilir. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.   
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO