Şamaxıda ağır qəza: Xəsarət alanlar var - FOTO

Şamaxıda ağır qəza: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Şamaxıda ağır qəza: Xəsarət alanlar var - FOTO

133922

Şamaxıda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobildə olan sərnişinlərdən 3 nəfərin - Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlunun vəziyyəti orta ağır, digər iki nəfərin vəziyyəti isə daha ağır qiymətləndirilir.

Yaralılar dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO