Samuxda iki nəfərin bıçaqlanması ilə bağlı – DETALLAR

Samuxda iki nəfərin bıçaqlanması ilə bağlı – DETALLAR

Hazırda oxunan: Samuxda iki nəfərin bıçaqlanması ilə bağlı – DETALLAR

13381

Samux rayonunda 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, rayonun Qarabağlar kəndində əkin sahəsində Samux rayon sakini, 1969-cu il təvəllüdlü Asəf Muradovla 37 yaşlı Elçin Məmmədovun arasında mübahisə yaranıb:

“Bu zaman yaxınlıqda olan 46 yaşlı Eldəniz Həsənov onları ayırmağa çalışıb. A.Muradov hər ikisinə bir bıçaq xəsarəti yetirib.

Daha sonra hadisə yerindən qaçıb. Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, soyuq silahla birgə saxlanılıb."

Xəsarət alan hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO