Hərbi vəzifəlilərin təlim toplanışı BAŞA ÇATDI - VİDEO

Hərbi vəzifəlilərin təlim toplanışı BAŞA ÇATDI - VİDEO

Hazırda oxunan: Hərbi vəzifəlilərin təlim toplanışı BAŞA ÇATDI - VİDEO

133783

2023-cü ilin hazırlıq planına əsasən N hərbi hissəsində keçirilən hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib. 

Hərbi vəzifəlilər həmçinin komando hazırlığı üzrə məşğələlərdə iştirak edib. Onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də piyada və tank əleyhinə minalarla bağlı ətraflı məlumat verilib.

Komandoların istifadəsində olan silahlardan və gecəgörmə cihazlarından düzgün istifadə qaydaları öyrədilib. 

Toplanış müddətində hərbi vəzifəlilərlə müasir döyüş üsulları məşq etdirilib. 

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO