“Yüksəliş” müsabiqəsində qabiliyyət üzrə sınaq imtahanı yekunlaşdı

“Yüksəliş” müsabiqəsində qabiliyyət üzrə sınaq imtahanı yekunlaşdı

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsində qabiliyyət üzrə sınaq imtahanı yekunlaşdı

133583

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, imtahanda ümumilikdə 5 min 556 nəfər iştirak edib. İştirakçılar şəxsi kabinetə daxil olaraq 24 saat ərzində doğru cavabların sayı ilə tanış ola bilərlər. Sınaq imtahanında alınan nəticə qabiliyyət üzrə əsas imtahana təsir göstərməyəcək. Sınaq imtahanında iştirak edə bilməyən namizədlər əsas imtahanda iştirak hüququna sahibdirlər.

Qabiliyyət üzrə onlayn mərhələnin əsas imtahanı mayın 7-də keçiriləcək. Qabiliyyət imtahanında testlər abstrakt düşüncə, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə təqdim olunacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO