Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO/VİDEO

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO/VİDEO

133486

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “HYUNDAİ” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub.  

Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə K.Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO