Ağstafada baş verən qəzada yaralananların vəziyyəti AÇIQLANDI 

Ağstafada baş verən qəzada yaralananların vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Ağstafada baş verən qəzada yaralananların vəziyyəti AÇIQLANDI 

133481

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib. 

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada ağır QƏZA: 3 nəfər ölüb, 8 nəfər yaralanıb


Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. 

Qeyd edək ki, "Toyota" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO