Ağstafada ağır QƏZA: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Ağstafada ağır QƏZA: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Hazırda oxunan: Ağstafada ağır QƏZA: 3 nəfər ölüb, 8 nəfər yaralanıb

133459

Ağstafada ağır qəza baş verib, 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub. Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO