Tərtərdə mina partlayışı baş verən ərazidən GÖRÜNTÜLƏR - FOTO 

Tərtərdə mina partlayışı baş verən ərazidən GÖRÜNTÜLƏR - FOTO 

Hazırda oxunan: Tərtərdə mina partlayışı baş verən ərazidən GÖRÜNTÜLƏR - FOTO 

133424

Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.  

Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub.

Qeyd edək ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO