“Satışda təbii üsulla deyil, istixanalarda yetişdirilən meyvə-tərəvəzlər var. İnsanlar bir çox hallarda bu qidalardan istifadə edir. Düşünür ki, bu qidalar da həmin dadda və keyfiyyətdə olacaq. Amma, bu belə deyil. Ona görə də alıcılar maksimum diqqətli olmalıdırlar”.
Bunu Bizim.Media-ya müsahibəsində qida məhsulları üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Ekspert bəzi həssas qruplara daxil olan insanların bu məhsullardan istifadəsinin yarada biləcəyi təhlükələrdən söz açıb:
“Sözügedən həssas qruplara uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar və hamilə qadınlar daxildir. Əslində sadaladığımız kateqoriyadan olan insanlar indiki halda alça, çiyələk və pomidor-xiyardan uzaq durmalıdırlar. Çünki, bu məhsullar soyuq aylarda istixanalarda yetişdirilir. Bunların da tez yetişməsinə süni və kimyəvi müdaxilələr olur ki, bu da insan orqanizmi üçün təhlükələr yaradır.
Ən pisi də odur ki, istixanalarda daha tez məhsul əldə etmək üçün kimyəvi vasitələrdən və hormonlardan normadan çox istifadə edilir. Bu da bir çox hallarda insanların hormon balansının pozulmasına və təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxarır. Təəssüf ki, bu xəstəliklərin önündə onkoloji xəstəliklər gəlir”.
Mütəxəssis onu da qeyd edib ki, istehsal prosesində istifadə edilən kimyəvi maddələr və hormonlar heç zaman yoxa çıxmır və istifadə zamanı insanların orqanizminə köçür:
“Bir məqamı da deyim ki, fermerlər məhsulu uzun müddət rahat saxlamaq üçün kal şəkildə dərirlər. Yetişməmiş məhsulla qidalanan insanlarda da ürək-damar, qan dövranı sistemi pozulur. Bu da qəfil ürək tutmalarına, ürək çatışmazlığına və beyinə qan sızmasına səbəb olur. Bunun digər görünən tərəfi passiv zəhərlənmədir. Qeyri-mövsümi məhsulları qəbul edən anda hansısa reaksiya olmaya bilər. Amma zaman keçdikcə bu fəsadlar üzə çıxır”.
Məhsəti Hüseynova müəyyən tövsiyələr də verib:
“Çalışmaq lazımdır ki, hər fəsilə uyğun meyvələrdən faydalanaq. Belə olarsa həmin məhsulların tərkibindəki minerallardan daha çox xeyir görmüş olarıq. Ona görə də mövsümi olmayan, istixanalarda yetişdirilən məhsullardan uzaq durmaq lazımdır. Xüsusən də hamilə qadınlar bu məsələdə daha həssas olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 29.04.2023
Kimlər çiyələkdən və alçadan uzaq durmalıdır? – AÇIQLAMA
Hazırda oxunan: Kimlər çiyələkdən və alçadan uzaq durmalıdır? – AÇIQLAMA
Hazırda oxunan: Kimlər çiyələkdən və alçadan uzaq durmalıdır? – AÇIQLAMA
133279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.