«Qocalar evi»nin sakinləri peyvənd olunur

«Qocalar evi»nin sakinləri peyvənd olunur

Hazırda oxunan: «Qocalar evi»nin sakinləri peyvənd olunur

13326

Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin, habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır.

 

MÖVZU İLƏ BAĞLI:

Neçə nəfər koronavirusa qarşı peyvənd olunub? - Operativ Qərargahdan AÇIQLAMA 


Müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar.

Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.

“Qocalar evi”ndə hazırda 200-ə yaxın, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70 şəxs yaşayır. Hər iki müəssisədə sakinlərin rahat yaşayışı və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO