Paytaxtda 4-cü kurs tələbəsi qəzada öldü

Paytaxtda 4-cü kurs tələbəsi qəzada öldü

Hazırda oxunan: Paytaxtda 4-cü kurs tələbəsi qəzada öldü

133200

Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib. 

Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. 

Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO