Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşaqlarla işin aparılması qaydası müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirmək məqsədilə yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınmaqla uşaqla bağlı fərdi inkişaf planı tərtib edir.
Fərdi inkişaf planının tərtibi zamanı 7 yaşına çatmış uşağın fikri nəzərə alınır, eləcə də valideyni və ya qohumları varsa, fərdi inkişaf planının tərtibində onların iştirakı təmin edilir.
Uşağın yerləşdiyi müəssisənin rəhbəri fərdi inkişaf planının hazırlanmasında və icrasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kömək göstərməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyünü müəyyənləşdirdikdə ailə inkişaf planı tərtib edir və onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 (bir) il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparır.
Uşağın ailəyə qaytarılmasından sonra aparılan monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağı ailədən alıb bu Məcəlləyə uyğun olaraq təcili yerləşdirir və bu barədə prokurora məlumat verir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın yerləşdirilməsindən sonra 10 (on) iş günü müddətində məhkəməyə valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 27.04.2023
Ailəsinə qaytarılmış uşaqların həyatına təhlükə olduqda nə etməli?
Hazırda oxunan: Ailəsinə qaytarılmış uşaqların həyatına təhlükə olduqda nə etməli?
Hazırda oxunan: Ailəsinə qaytarılmış uşaqların həyatına təhlükə olduqda nə etməli?
133135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.