Əcnəbi şirkətlər Azərbaycanda daha çox hansı sahələr üzrə fəaliyyət göstərirlər? – ARAŞDIRMA 

Əcnəbi şirkətlər Azərbaycanda daha çox hansı sahələr üzrə fəaliyyət göstərirlər? – ARAŞDIRMA 

Hazırda oxunan: Əcnəbi şirkətlər Azərbaycanda daha çox hansı sahələr üzrə fəaliyyət göstərirlər? – ARAŞDIRMA 

133118

Açıqlanan ən son rəsmi məlumata görə Azərbaycanda 16 min 917 hüquqi şəxs statusu olan xarici müəssisə var. Burdan da aydın olur ki, ölkəmizdə olan müəssisələrin 9,1 faizi əcnəbilərə məxsusdur.

Əcnəbilərə məxsus müəssisələrin daha çox hissəsi ticarət sahəsi üzrə fəaliyyət göstərir. Bu sahədə 4 min 800 hüquqi şəxs statusu olan əcnəbi sahibkarlıq subyekti var.

Əcnəbilər ticarət sahəsindən başqa inzibati və yardımçı xidmətlərin göstərilməsi (2239 müəssisə), peşə, elmi və texniki fəaliyyət (1828 müəssisə), turistlərin yerləşdirilməsi və ictimai iaşə (1700 müəssisə), tikinti (1502 müəssisə) sahələrində fəaliyyət göstərməyə üstünlük verirlər. 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (13 müəssisə), su təchizatı; tullantıların təmizlənməsi və emalı (39 müəssisə) sahələrinə isə əcnəbilər çox da maraq göstərmirlər.

Sahələr üzrə götürdükdə müəssisələrin turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 37,5 faizi, mədənçıxarma sənayesində 23 faizi, inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunda isə 22,2 faizi əcnəbilərə məxsusdur.

Bəs, əcnəbilərin neft və xidmət sektoruna bu qədər maraqlı olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, xarici şirkətlərin enerji sektorunda daha çox investisiya yatırması başa düşüləndir:
 

MÖVZU İLƏ BAĞLI:

Orxan Məmmədov: "Qarabağda biznes qurmaq üçün 500-ə yaxın xarici şirkətdən müraciət daxil olub"


“Çünki, bu sahəyə yatırılan investisiyalar daha qorunaqlıdır. Bildiyimiz kimi neft sektorundakı bütün müqavilələr ölkə parlamenti tərəfindən ratifikasiya olunur. Yəni dövlət zəmanəti alır. Qeyri-neft sektorunda isə belə mexanizm yoxdur.

Ona görə də xarici şirkətlər daha çox neft sənayesinə investisiya yatırırlar. Və bu investisiyalar əsasən uzunmüddətlidir. Xidmət sahələrinə gəldikdə isə bu sektora qoyulan investisiyalar əsasən qısa müddətli olur. Və həcmi də çox böyük olmur”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO