Geni dəyişdirilmiş pomidor sortlarından nə vaxt qurtulacağıq? – FOTO/VİDEO

Geni dəyişdirilmiş pomidor sortlarından nə vaxt qurtulacağıq? – FOTO/VİDEO

Hazırda oxunan: Geni dəyişdirilmiş pomidor sortlarından nə vaxt qurtulacağıq? – FOTO/VİDEO

133063

Xaçmaz pomidorunun əvvəlki şöhrətini necə qaytarmaq olar? Bu istiqamətdə hansı elmi araşdırmalar aparılır? 

Bizim.Media-nın suallarına Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Xaçmaz Təcrübə Stansiyasının əməkdaşları ilə cavab tapmağa çalışacağıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazın məşhur pomidor sortları niyə yoxa çıxıb? – İLGİNC SƏBƏBLƏR - FOTO 


Sözügedən stansiya 1939-cu ildə, məşhur rus akademiki Sergey İvanoviç Vavilovun təşəbbüsü ilə yaradılıb. Məqsəd tərəvəz emalı sənayesi üçün yararlı tərəvəz sortlarının yaradılması, sınağının keçirilməsi və seleksiya-toxumçuluq prosesini həyata keçirməkdən ibarət olub.

Adından göründüyü kimi, Xaçmaz təcrübə stansiyasında rayonun iqlimi üçün sərfəli olan müxtəlif tərəvəz sortları üzərində araşdırma aparılır və sınaqdan keçirilərək rayonlaşması üçün təqdim olunur. 

Stansiyada yerli pomidor sortları ilə bağlı sorğumuzu qurumun seleksiya və toxumçuluq laboratoriyasının müdiri Cəmil Rəşidov cavandırıb.

Stansiyada pomidor şitili yetişdirilən istixananada baş tutan söhbətimiz əsanasında müsahibimiz bildirdi ki, 4 sot sahədə salınan pomidor şitilləri burada həm keçmiş qaydada, həm də yeni müasir üsulla xüsusi qablarda becərilib. 

Cəmil Rəşidov xüsusi qablarda yetişdirilən pomidor sitilinin əkilərkən daha səmərəli və zərərvericilərdən uzaq olduğunu söyləyir. Keçmiş qayda ilə səpilən pomidor şitillərinin yeri sıx olur və gec inkişaf edir:

"Xaçmazın məşhur sortları olub. Stansiyamızda "Vətən" pomidor sortu sınaqdan keçirilib və toxumunu istehsal etmişik. Fermerlər hələlik çox az müraciət edirlər. Bu mövsüm 3 nəfər bizdən toxum alıb. Şitil istəyənlər də var. Amma bu, hələlik azdır".
Stansiyasının laboratoriya müdiri Xaçmazın keçmiş pomidor sortlarının əvəzlənməsi üçün stansiyada yeni pomidor sortlarının sort-sınaq nümunələrinin aparıldığını deyir. Onun sözlərinə görə, hazırda "Vətən-50" sortu araşdırma mərhələsindədir. 

“İlkin nəticələr onu göstərir ki, “Vətən-50” pomidor sortu da xarici "Lajen" sortu kimi daşınmağa davamlı, keyfiyyəti və dadlı pomidor sortu olacaq. 

Hazırda bu və bu kimi digər sortların sınağını aparırıq və bu sortlar xaricdən gətirilən və geni dəyişdirilmiş pomidor sortlarından çox keyfiyyətli olacaq. Çünku, xarici sortun görünüşü gözoxşayan olsa da dadı yaxşı olmur. Üzərində işlədyimiz sortlar isə hər cəhətdən səmərəli olacaq".
 













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO