Zaqatala məktəbindəki qanunsuzluqlarla bağlı YENİ DETALLAR - FOTO 

Zaqatala məktəbindəki qanunsuzluqlarla bağlı YENİ DETALLAR - FOTO 

Hazırda oxunan: Zaqatala məktəbindəki qanunsuzluqlarla bağlı YENİ DETALLAR - FOTO 

132937

Zaqatala Uşaq İncəsənət Məktəbində dövlət əmlakı talanıb. Vətəndaş müraciəti əsasında Zaqatala rayon Uşaq İncəsənət Məktəbində rayon prokurorluğu araşdırma aparıb və bir sıra qanunsuzluqlar aşkarlayıb. 

Bizim.Media-nın Şimal-Qərb Bürosu Zaqatala Rayon Prokurorluğuna istinadən xəbər verir ki, ilkin araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir. 
Qeyd edək ki, sözügedən məktəbə uzun illərdir birinci Qarabağ müharibəsi veteranı Fərhaq Acırqayev rəhbərlik edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO