Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınmış təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib, 1990-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınmış 6 mineral xammal yatağından 3-nün istismar edildiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bunu Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasda Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“İşğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətləndirilməsinin nəticələrinə görə, Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınıb. Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatlar aparılıb, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirilib”, - deyə nazir müavini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 26.04.2023
Füzulidə aparılan ekoloji monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Füzulidə aparılan ekoloji monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Füzulidə aparılan ekoloji monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI
132919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.