Azəbaycanda ali təhsil alan şəxslərin sayı ölkə əhalisinin 40 faizdən çoxunu təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, 1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar.
“Çünki həmin müddətdə xeyli sayda məktəb tikilib. Növbəti illərdə də bu tendensiya davam edib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir. Bu, ölkə əhalisinin 30%-ni təşkil edirsə, yaxın gələcəkdə bu göstərici 40 %-dən çox olacaq”, - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 26.04.2023
"Ali təhsillilərin sayı əhalinin 40 faizdən çoxunu təşkil edəcək" - Emin Əmrullayev
Hazırda oxunan: "Ali təhsillilərin sayı əhalinin 40 faizdən çoxunu təşkil edəcək" - Emin Əmrullayev
Hazırda oxunan: "Ali təhsillilərin sayı əhalinin 40 faizdən çoxunu təşkil edəcək" - Emin Əmrullayev
132840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.