"Azərbaycanda zəlzələyə qarşı qabaqlayıcı tədbirlər görülməlidir" – RƏSMİ  

Hazırda oxunan: "Azərbaycanda zəlzələyə qarşı qabaqlayıcı tədbirlər görülməlidir" – RƏSMİ  

132815

"Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq". 

Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. 

O bildirib ki, Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: 

"Çünki bundan heç kim və heç bir dövlət sığortalanmayıb. Türkiyədə 40 saniyəyə 50 mindən çox insan həlak oldu. Bu, hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-nin xilasediciləri 53 insanı dağıntılar altından xilas edib. Oradakı insanlar əzizlərini zəlzələnin deyil, binaların öldürdüyünü qeyd edirdi. Bu həqiqətdir. Çünki oradakı binaların 60 faizi yerlə yeksan olmuşdu". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO