Uşaq İncəsənət Festivalı Balakəndə - FOTO 

Uşaq İncəsənət Festivalı Balakəndə - FOTO 

Hazırda oxunan: Uşaq İncəsənət Festivalı Balakəndə - FOTO 

132764

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzi respublikada ilk dəfə Uşaq İncəsənət Festivalı keçirir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, layihənin birinci mərhələsi üzrə Balakən rayonundan müxtəlif ixtisaslar üzrə 165 uşaq qeydiyyatdan keçib.   

Şəki Regional Mədəniyyət İdarəsində Bizim.Media-ya verilən məlumata əsasən Balakən Uşaq İncəsənət Məktəbində təşkil edilən seçim turlarından sonra fortepiano və skripka ifaçılığı nominasiyaları üzrə çıxışlar olub. Daha sonra 16 iştirakçı xalq çalğı alətləri nominasiyası üzrə öz qabiliyyətini nümayiş etdirib.  

Münsiflərin qərarına əsasən hər bir iştirakçı sərbəst seçimlə bir klassik əsər ifa edib və həmin çıxış əsasında onlar qiymətləndirilib. 

Növbəti günlərdə iştirakçılar daha on nominasiya üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcək. Bunlar isə vokal və estrada oxuma, xor, caz, rəssamlıq, heykəltəraşlıq, dəzgah tətbiqi və rəqəmsal incəsənət nominasiyalarıdır.   




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO