Erməni işğalından azad edilmiş Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarına səfəri çərçivəsində bir sıra xarici KV nümayəndələri Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun çəkilişi ilə tanış olublar.
Bizim.Media Report-a istinadən xəbər verir ki, əcnəbi KİV nümayəndələri yolun tikintisi Azərbaycanın “AzVirt” inşaat şirkətinə həvalə olunan hissəsində olublar.
MÖVZU İLƏ BAĞLI:
Erməni vəhşiliyi Yaponiya mediasında - FOTO
Ümumilikdə Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun uzunluğu 102 km-dir. İnşaat işləri dörd şirkətə, o cümlədən Türkiyə şirkətinə həvalə edilib.
“AzVirt” bu yolun 24 kilometrlik hissəsini çəkir.
Daha əvvəl “Zəfər yolu”nun bu ilin avqust ayının sonunadək istismara verilməsinin planlaşdırıldığı açıqlanmışdı.
Bizim.Media