Evli qadınlar niyə ailəsini tərk edib QAÇIR? – Hüquq müdafiəçisindən maraqlı SƏBƏB

Evli qadınlar niyə ailəsini tərk edib QAÇIR? – Hüquq müdafiəçisindən maraqlı SƏBƏB

Hazırda oxunan: Evli qadınlar niyə ailəsini tərk edib QAÇIR? – Hüquq müdafiəçisindən maraqlı SƏBƏB

132676

Azərbaycanda evli qadınların və qızların evdən qaçması ilə bağlı hallar yenidən artıb. Cəmiyyətimizə və mentalitetimizə xarakterik olmayan bu hala təssüf ki, bölgələrdə daha çox rast gəlinir. 

Demək olar ki, hər gün gəlinlərin evi tərk etməsi, subay oğlana qoşulub qaçması, yaxud həyat yoldaşları ilə birgə övladlarını da tərk edib şəhərə yerləşmələri və sözdə azad yaşamaq arzularından ibarət həyat hekayələrinə rast gəlirik.

Qarşı tərəfin aqressiyasına, qəzəbinə, sonda isə müxtəlif cür cinayətlərə yol açan bu hallarla mübarizə aparmaq isə mümkünsüz olub. 

Maraqlıdır, qadınların evdən qaçmalarına əsas səbəb nədir? Sosial rifah, serialların, sosial şəbəkələrin təsiri, yoxsa idarəsiz və nəzarətsiz azad yaşamaq həvəsidir? Qadın niyə ailəsini və uşaqlarını atıb qaçır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında problemin çıxış yollarından danışıb. O, bu məsələdə bir qədər də aidiyyəti qurumları və yerli icra hakimiyyətlərini qınayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Həyat yoldaşına 25 il tab gətirən qadına pensiya VERİLƏCƏK – Yeni qanun Azərbaycana da gəlir? 


“Qadınların evdən qaçmalarına əsas səbəb sosial rifah, özlərini və güclü olduqlarını təsdiqləməkdir. Əksəriyyəti düşünür ki, gedib vəziyyətimi düzəldib güzaran quracağam. Belələri risk qrupunda olan qadınlardır ki, tələsik addımlarla  özlərini təhlükəyə atırlar.

Onlar proqramlaşdırılmadan, məlumatlanmadan gözüyumulu Bakıya gəlir və çox qısa müddətdə problemlərini həll edəcəklərini düşünürlər. Elə bilirlər ki, Bakıya gələn kimi varlanacaqlar. 

Amma burada yaşamağın nə qədər çətin olduğunu anlamırlar. Çox zaman belə qadınların iş bacarıqları və təcrübləri də olmur. Nəticədə çoxları fahişəliyin, narkotikin və insan alverinin qurbanına çevrilir. Övladları ilə evini tərk edən qadınlar adətən harada yaşayacaqları, qalacaqları sığınacaqlardan xəbərsiz olurlar. Özlərinin çətin vəziyyətdə olacaqlarını hiss edən qadınlar uşaqlarını tərk edib gedirlər. Çox az faiz sərbəst həyat seçir. 

Əksəriyyətinin həyatında fiziki zorakılıq olmasa da, psixoloji zorakılıq, qısnama, qohumlar tərəfindən ona təzyiq və yaxud səsinin eşidilməməsi halları dayanır. Hansı səbəbdən olur-olsun evini tərk edən qadınlar bütün körpüləri yandırır, öz həyatlarını təhlükə altına salır və qarşı tərəfi qəzəbləndirirlər”. 
Hüquq müdafiəçisi problemin çözümünü maarifləndirmədə görsə də verilən mesajların düzgün və mövzuya uyğun aşılanmasını vacib sayır:

“Xüsusilə rayonlarda iqtisadi maarifləndirmə işi aparılmalıdır. Onlar reallıqları bilməlidirlər ki, atdıqları addımlarla hansı təhlükəyə yuvarlana bilərlər. Maarifləndirmənin mövzusu həm də praktik nümunələr üzərində qoyulmalıdır. Məsələyə kompleks yanaşmaq lazımdır. Bilirsiz ki, icra hakimiyyətlərinin yanında müvafiq komissiyalar var. 

Əgər vaxtında onlar belə hallara müdaxilə etsələr, peşəkar yanaşma sərgiləsələr və sosial rifahın dəyişməsi üçün addımlar atmağa kömək etsələr, problemlərin qarşısı alınar.

Eyni zamanda qabaqlayıcı addım kimi sosial layihə və proqramlar irəli sürülməli və Milli Məclisə təqdim edilməlidir. Ola bilsin, 2-3 illik proqramlar qəbul olunsun. Biz fəsadlar çoxalanda proqramlar irəli sürməyə başlayırıq. Çünki sosial rifah məsələsi çox hallarda cinayətə təhrik edir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO