Göyçayda avtomobil su kanalına DÜŞDÜ - VİDEO

Göyçayda avtomobil su kanalına DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Göyçayda avtomobil su kanalına DÜŞDÜ - VİDEO

132669

Göyçayda avtomobil su kanalına düşüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini 34 yaşlı Məmmədalıyev, Ziya Aftandil oğlu "KİA" markalı minik maşını ilə kənd ərazisindəki körpüdən keçərkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. 

Hazırda avtomobilin sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.

Fakt araşdırılır.
 






Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO