Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı 23 aprel zəfərindən bəhs edib. O bildirib ki, cənab Prezident növbəti qələbəyə imza atıb: "Kimin nə deməsindən asılı olmayaraq, bu, Azərbaycan xalqının haqq işidir".
Fəzail Ağamalı daha sonra həmkarı Vahid Əhmədovun müsahibəsi haqda danışıb.
Bizim.Media xəbər verir ki, deputatın sözlərinə görə, həmkarının sözlərindən belə çıxır ki, ölkədə həyata keçirilən sosial siyasət nəticə verməyib.
MÖVZU İLƏ BAĞLI:
Vahid Əhmədovdan ittihamlara CAVAB – “Həmişə dövlətimin yanında olmuşam”
"O, siyasi partiyaların fəaliyyətinə kölgə salır. Sizə kim bu haqqı verib ki, Milli Məclisdəkli partiyaların üzərinə bu cür böhtanla gəlirsiniz", - deputat əsəbi şəkildə sual verib.
F.Ağamalı AXCP və Müsavatın 44 günlük müharibə dövründə imzalanan bəyanata qol çəkmədiklərini söyləyib.
Deputat deyib ki, V.Əhmədov Milli Məclisin legitimliyini sual altına alıb, ancaq 3 nəfərin səs alması barədə fikirlər səsləndirib:
“Ona görə də İntizam komissiyasının sədr müavini kimi, onun dediklərinin İntizam komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməyinizi xahiş edirəm”.
Deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də V.Əhmədovun dediklərinə etirazlarını bildiriblər.
E.Musayev də F.Ağamalının təklifini müdafiə edərək, spikerdən məsələni İntizam komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməklə bağlı xahişini səsləndirib.