“Sovet maşınlarının alqı-satqısı QADAĞAN OLUNSUN” – Yeni TƏKLİF 

“Sovet maşınlarının alqı-satqısı QADAĞAN OLUNSUN” – Yeni TƏKLİF 

Hazırda oxunan: “Sovet maşınlarının alqı-satqısı QADAĞAN OLUNSUN” – Yeni TƏKLİF 

132617

Qəzalar zamanı ən çox ölüm halları Sovet maşınlarının iştirakı ilə baş verir. Belə avtomobillərin yaratdığı problemlərə kifayət qədər gündəlik həyatımızda da rast gəlirik.

Son vaxtlar Azərbaycanın avtomobil parkı yenilənsə də, rayon və kənd yerlərində mühüm hissəsini Rusiya istehsalı olan köhnə avtomobillər təşkil edir. Bu avtomobillərdən həm də yük daşıma məsədilə də istifadə olunur. 

Qeyd edək ki, bir müddətdr ki, Sovet maşınlarının istismardan çıxması üçün müvafiq tədbirlər görülür. Amma köhnə istehsallı avtomobillərdən tam olaraq imtina etmək və qurtulmaq mümkün olmur. 

Bəs, bu problemin çözümü nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Vüqar Orucun sözlərinə görə Azərbaycan gömrüyündə köhnə tarixli maşınların idxalına qadağa qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb


Sovet maşınları təbii ki, Azərbaycana gətirilə bilməz. Amma bu avtomobillərdən tamamilə imtina etmək üçün onların alqı-satqısına da məhdudiyyət qoyulmalıdır:

“Bu gün istehsal tarixi 10 ildən aşağı olan avtomobillər ölkəyə buraxılır. Bu, çox təqdirəlayiq haldır və avtomobil parkının yenilənməsinə xüsusi çalar gətirəcək. Yaxşı olardı ki, köhnə avtomobillərin əldən-ələ alqı-satqısı da qadağan olunsun. Bu, baş verərsə vətəndaşlar belə avtomobillərdən daha tez qurtulacaqlar. 

Bu məsələ həm də ölkədə istifadə olunan köhnə istehsal tarixli avtomobillərin əvəzlənməsi prosesinin necə aparılmasından asılıdır. Bunun üçün həmin avtomobillərin texniki durumu aydınlaşdırılmalıdır. Əgər bir avtomobil texniki baxışdan keçirsə və istifadəyə yararlıdırsa, hansı ildə istehsalından asılı olmayaraq onun istismarı yol veriləndir. 
Amma bu gün Azərbaycanın rayon və kəndlərində, xüsusilə yükdaşıma məqsədilə köhnə avtomobillərdən istifadə olunur. Onlar nə real daşınan əmlak bazarında dəyərə malikdir, nə də onların alqı-satqısı mümkündür.

Yalnız bir variant mümkündür ki, o avtomobillərin sahiblərinə müvafiq kompensasiya ödənilsin, yaxud müəyyən kredit imkanları yaradılsın ki, onlar həmin avtomobilləri dəyişə bilsinlər. 

Hazırda avtomobillərin onların əlindən alınması mövcud vəziyyətdə həmin insanların dolanışığına və sosial rifahına ciddi təsir göstərəcək. Çünki o insanların yeni avtomobil əldə etmə imkanları yoxdur.

Köhnə avtomobillər isə həm atmosferə zərərli qazlar buraxmaq, həm də yol-hərəkəti qaydalarının təhlükəsizliyi baxımından zərərlidir. Bu problemin başqa bir təbii yolla çözümü zaman keçdikcə, köhnə avtomobillərin öz ömrünü başa vurması və avtomobil parkının yenilənməsidir”. 

Ekspert qeyd edib ki, artıq Azərbaycan kəndlisi və fermeri köhnə texnika ilə çalışmaqdan imtina etməli və yeni dövrə uyğunlaşmalıdır:

“Daha təhlükəsiz qaydalara əməl etməklə, müasir texnikaları əldə etmək imkanına malik olmalıdır. Nə qədər yükdaşıma imkanları olsa da, köhnə avtomobillərin təyinatı bu, deyil. Avtomobillər təyinatından fərqli şəkildə istifadə olunursa, onun tez sıradan çıxmasına səbəb olur. 

Ümumiyyətlə, avtomobil parkımız yenilənərkən çox istərdim ki, vətəndaşlarımız dünya səviyyəsində daha az aşınan, keyfiyyətli və müasir tələblərə cavab verən ölkələrin istehsalına üz tutsunlar. Rusiya və Çin digər ölkələrdən müəyyən mənada geri qalır. Dünyada artıq elektriklə işləyən avtomobillərə üstünlük verilir. Azərbaycanda da bunun nümunələri var. Bu baxımdan ölkəmiz yenilənmədə bu amili də nəzərə almalıdır”.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO