Bakıda yataqxanada baş verən yanğınla bağlı ƏTRAFLI MƏLUMAT - FOTO

Bakıda yataqxanada baş verən yanğınla bağlı ƏTRAFLI MƏLUMAT - FOTO

Hazırda oxunan: Bakıda yataqxanada baş verən yanğınla bağlı ƏTRAFLI MƏLUMAT - FOTO

132536

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Bizim.Media-ya bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO