Ağstafada karantini pozan kafe aşkarlandı - Müştərilər və sahibi həbs edildi - FOTO

Ağstafada karantini pozan kafe aşkarlandı - Müştərilər və sahibi həbs edildi - FOTO

Hazırda oxunan: Ağstafada karantini pozan kafe aşkarlandı - Müştərilər və sahibi həbs edildi - FOTO

13234

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe  aşkarlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N. Abduyeva 300 manat miqdarında cərimə edilib, E. Atakişiyev 15, F. Yolçuyev 20, İ. Yolçuzadə 7, X. Dünyəmov 15, Ş. Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO