Bu rayona dolu düşüb – FAKTİKİ HAVA  

Bu rayona dolu düşüb – FAKTİKİ HAVA  

Hazırda oxunan: Bu rayona dolu düşüb – FAKTİKİ HAVA  

132186

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilir. 

Yağan yağıntının miqdarı Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 
Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0.8 mm (vizual müşahidələrə əsasən) olan dolu düşüb. 

Şimal-qərb küləyi arabir Göytəpədə 28 m/s, Göyçayda 24 m/s, Daşkəsəndə 23 m/s, Gəncə, Tərtər, Naftalanda 22 m/s, Mingəçevirdə 21 m/s, Ağdam, Şahdağda 20 m/s, Naxçıvan, Şəkidə 18 m/s, Beyləqan, Qrızda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. 
Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub. 
Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24° isti, Naxçıvanda 17-24° isti, dağlıq rayonlarda 18°-dək isti, aran rayonlarında 26-28° isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO