“Azəriqaz”dan sayğac ƏMƏLİYYATI – “Ramazanda evdən fitrə çıxararlar, cərimə yox”

“Azəriqaz”dan sayğac ƏMƏLİYYATI – “Ramazanda evdən fitrə çıxararlar, cərimə yox”

Hazırda oxunan: “Azəriqaz”dan sayğac ƏMƏLİYYATI – “Ramazanda evdən fitrə çıxararlar, cərimə yox”

132102

“Azəriqaz” İstehsalat Birliyi qaz itkisinin “aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz sayğaclarının yoxlanılması əməliyyatına başlayıb. 

Bizim.Media xəbər verir ki, bunu “Facebook” hesabında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib.  

Onun sözlərinə görə sayğacların yoxlanılması üçün regionlara müəyyən qruplar da göndərilib və üzərlərinə müəyyən öhdəlik (sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz və s) qoyulub: 

“Bayram günlərində (niyə Ramazan bayramında?) işə cəlb olunduqları üçün “qrupun” hər üzvünə 124 manat ikiqat əməkhaqqı və 52 manat ezamiyyə xərci ödəniləcək. Düşünürəm ki, cərimə və müdaxilə tapıntıları üçün də əlavə “mükafat” olar. Narahatedici məqan isə qeyri qanuni cərimələrin tətbiqi (sayğaca müdaxilə, uçotu pozulmuş qazlar və s...) saxta sənədlərin tərtibi, saxta akt, mühəndis və abonentin əvəzinə imzaların olmasıdır. Eyni zamanda uçotsuz qazlarda labaratoriya rəyinin olmaması, bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsidir”. 

Məsələyə etiraz edən hüquq müdafiəçisi sözügedən yoxlama əlaqadar mövcud qaydaları diqqətə çatdırıb: 

“Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya, ona toxuna, müvafiq sənədləşdirmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır. Bundan əlavə sayğac  istehlakçının (abonentin) iştirkı ilə yoxlanmalı, bütün qüsurlar (əgər varsa) abonentə göstərilməlidir. Tərtib olunan hər hansı sənədə abonentin imzası olmalıdır. Ramazan bayramında evdən fitrə çıxararlar, cərimə yox...” - deyə Mirvari Qəhrəmanlı qeyd edib. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu göndərsək də, qurumdan hələki cavab ala bilmədik. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO