"Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb".
Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
«Hər bir intiharın səbəbi var, araşdırılır» - Kamran Əliyev
O bildirib ki, həmin ittihamlar faktlarla təsdiq olunub:
"Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq".
Baş prokurorun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Respublikasının rəhbərləri" tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.
Olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır.
Bizim.Media