İlham Əliyev 4 dildə, 4 saatlıq mətbuat konfransı ilə dünya rekordun qırdı - Türkiyə mətbuatı

İlham Əliyev 4 dildə, 4 saatlıq mətbuat konfransı ilə dünya rekordun qırdı - Türkiyə mətbuatı

Hazırda oxunan: İlham Əliyev 4 dildə, 4 saatlıq mətbuat konfransı ilə dünya rekordun qırdı - Türkiyə mətbuatı

13208

Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı Türkiyə mətbuatının da gündəmini zəbt edib.

Bizim.Media xəbər verir ki, türk media orqanları jurnalistlərin suallarını 4 saat müddətində cavablandıran Azərbaycan prezidentinin dünya rekordu qırdığına xüsusilə diqqət çəkiblər.

 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağın bərpasından önəmli bir işimiz qalmayıb” – Prezident


Jurnalistlərin Bakıya gəlməsinin təşkilatçılığını edən Qlobal Jurnalistlər Şurasının (KGK) İdarə Heyətinin sədri Mehmet Ali Dim də  İlham Əliyevin suallara 4 saatlıq fasiləsiz aydınlıq gətirməklə dünya rekordu qırıdığını söyləyib:

“Mən hələ belə bir səbirli lider görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox şanslıdır. Bu cür təcrübəli və savadlı lider hər ölkədə ola bilməzdi”.

Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall isə dünya liderlərinin keçirdiyi  mətbuat konfransının maksimum 1 saata qədər davam etdiyini bildirib:

“25 ildir jurnalistəm, dünyanın dörd bir yanında mətbuat konfranslarını izləmişəm. Dünya liderinin hər suala jurnalistin öz dilində bu qədər uzun müddət cavab verdiyini ilk dəfədir görürəm”.

Diqqət həm də  dövlət başçısının  mətbuat nümayənələrinin suallarını  müxtəlif dillərdə cavablandırılmasına yönəldilib.

Belə ki, Azərbaycan prezidnetinin ana dili ilə yanaşı, ingilis, rus, Türkiyə türkcəsində danışması yenilik  olmasa da, fikrini fransızca ifadə etməsi həm mətbuat, həm də ictimaiyyət üçün gözlənilməz olub.

Türkiyə mətbuatı İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer ayırıb.

Xüsusilə Türkiyə-Azərbaycan münasibətləri manşetlərdə olub. “Anadolu” agentliyinin“ İlham Əliyev: “Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaradacağıq” başlıqlı yazısında deyilir:

“4 saatdan çox davam edən görüşdə 35 jurnalistin 50 dən çox sualını cavablandıran Əliyev Xocalı qətliamı, Dağlıq Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət,  Azərbaycan-Türkiyə münasibətlərindən danışdı”

“Azərbaycan Prezidenti Əliyev: “Ermənistan heç zaman belə acınacaqlı vəziyyətdə olmayıb” başlıqlı yazıda da dövlət başçısının Ermənistandakı durumla bağlı fikirləri yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO