Dövlət informasiya ehtiyatlarında nöqsanlar aşkarlandı

Dövlət informasiya ehtiyatlarında nöqsanlar aşkarlandı

Hazırda oxunan: Dövlət informasiya ehtiyatlarında nöqsanlar aşkarlandı

132068

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları və nöqsanlarına dair 146 audit məruzəsi hazırlayaraq, həmin boşluq və nöqsanların aradan qaldırılması üçün tövsiyələrlə birlikdə müvafiq qurumlara təqdim edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər. 

Qeyd edək ki, 2022-ci il ərzində dövlət informasiya ehtiyatlarinda aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları nəticəsində 553 məruzə hazırlanıb və müvafiq qurumlara xəbərdarlıq edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildə istifadəyə verilmiş “Elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından birinci rüb ərzində 1830 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO