“Azərbaycanda rüşvətxor məmurlara müharibə elan edilib. Artıq 6 icra başçısı həbs edilib.
Oxşar yolu seçən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, dövlət əmlakını mənimsəyən, yenə də korrupsiya və rüşvət yolunu seçən məmurlar varsa, onlar da həbs ediləcək. Mən deyərdim ki, indiki halda həbs olunacaq məmurlar ağlını itirib”
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov REAL partiyasının üzvü olan iqtisadçı Natiq Cəfərli ilə debatda söyləyib.
MÖVZU İLƏ BAĞLI:
''Hərbçilərin maaşı artırılmalıdır, buna imkanımız çatır'' - Deputat
Deputatın fikrincə, 6 icra başçısının həbsi saxlanıla biləcək məmurlara örnək olmalıdır.
“Sözümün canı odur ki, korrupsiya və rüşvətxorluq ölkəni daxilən zəiflədən bəladır. Xərçəng kimidir, metastaz verə bilir”, - deyə millət vəkili münasibət bildirib.
Bizim.Media