Martdan rayonlara avtobuslar açılır? – Avtovağzaldan CAVAB

Martdan rayonlara avtobuslar açılır? – Avtovağzaldan CAVAB

Hazırda oxunan: Martdan rayonlara avtobuslar açılır? – Avtovağzaldan CAVAB

13196

Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Mart ayından etibarən Bakıdan rayonlara ictimai nəqliyyatın bərpa ediləcəyi iddia olunur.

Sosial şəbəkələrdə bu barədə məlumatlar yayılıb. Məlumatlarda qeyd olunur ki, ölkədə epidemioloji durum qismən sabitləşdiyi üçün belə bir addımın atılmasına rəsmi qərar veriləcək.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən onlara hər hansı məlumat verilməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan Bakı Şəhər İcra Hakimiyyətinə sərt TƏNQİD – “Olmaz belə!” 


“Bu Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına və pandemiyanın gedişatına uyğun verilməlidir. Qərarla bağlı icraçı qurumlara məlumat veriləcək. Bilirsiniz ki, ayın 1-nı sayılı günlər qalıb. Hələki bizə hər hansı məlumat verilməyib”. 

Qurum rəsmisi onu da əlavə edib ki, nəqliyyatın bərpasına icazə verilərsə, Bakı Beynəlxalq Avtovağzal buna hazırdır. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ötən ilin martından etibarən şəhərlərarası müntəzəm sərnişindaşıma fəaliyyəti dayandırılıb.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO