Paytaxtda çürümüş qadın meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Paytaxtda çürümüş qadın meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Paytaxtda çürümüş qadın meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

131905

Bakıda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO